Müştəri xidmətləri üzrə mütəxəssis

İşin təsviri

Namizədə dair əsas tələblər:

• Ali təhsil
• Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Səlis niqt qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

Əsas vəzifə və öhdəliklər:

• Zəng edən və ya edilən şəxslə əlaqə qurmaq;
• Məlumatlandırma, təqdimat və istiqamətləndirmələrin ona verilən səlahiyyət çərçivəsində düzgün və səmərəli aparılmasını təmin etmək;
• Müştəri şikayətlərini yaxşı dinləyici olaraq dinləmək;
• Müştərinin ehtiyaclarını düzgün başa düşmək və onlara düzgün həllər təqdim etmək;
• Səlahiyyətindən və biliyindən artıq hər hansı bir vəziyyət baş verərsə, aidiyyəti şöbəyə yönləndirmək;
• Şirkət və müştəri arasında yaxşı bir əlaqə körpüsü qurmaq;
• Hörmət və qaydalar çərçivəsində problemlərin həllini tapmaq;
• Qısa və aydın məlumatlar sayəsində müştəriləri şirkətə cəlb etmək;
• Kampaniyaları müştərilərə ötürmək;
• Daxil olan zənglərlə gələn müştərilərə şirkətin xidmətləri və məhsulları haqqında ətraflı məlumat vermək;
• Danışdığı bütün müştərilərin məlumatlarını şirkət sisteminə daxil etmək və onların hesabatlarını hazırlamaq;
• Telefonda müştərilərə dəstək olmaq və müştəri məmnuniyyətini təmin etmək.

İş şəraiti:

• Həftə ərzində 5 günlük iş qrafiki
• İş saatı: 09:00-18:00
• Əməkhaqqı 500 manat
• Cinsi - xanım
• Yaş həddi : 23-35
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar