İnvestisiya şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 27.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

1. İnvestisiya əməlliyatlarına dəstək göstərmək.
2. Aylıq hesabatlarını yeniləmək, bazar təhlilinin aparılması üçün analitik dəstək göstərmək.
3. Bankların hesabatlarının təhlili məqsədilə əməliyyatçı ilə birgə işləmək
4. Əməliyyatların sistemə vaxtında və düzgün daxil etmək
5. Şöbənin sənədləşmə işlərini həyata keçirtmək
6. Üst vəzifədəki həmkarlarına digər istiqamətlərdə dəstək göstərmək

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb olunmur.
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat sahələri üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.
Üstünlüklər: R Proqramlaşdırma dili, CFA və ya FRM sertifikatlarında nailiyyət.
Kompüter bilikləri: MS Office: əla.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, geniş perspektiv, problem həlletmə, planlaşdırma.
Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61.
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942.

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi