İşə qəbul üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
• Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
• Gündəlik müsahibə cədvəlinin aparılması;
• Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
• Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
• Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
• İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
• İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• İşçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək;
• İşə qəbul hesabatlarının hazırlanması;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

• İşə qəbul sahəsində 3-5 il iş təcrübəsi;
• Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
• Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
• Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Problemləri həll etmə bacarığı.
• İngilis və rus dili arzu olunandır;

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS İnsan Resursları üzrə Mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar