Korporativ Sığorta Mütəxəssisi

  • Zaman Broker
  • Elanın qoyulma tarixi: 21.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TƏSVİR

• Müştəri bazasının genişləndirilməsi və satışların artırılması məqsədilə yeni sığorta məhsullarının və xidmətlərinin yaradılması
• Şirkətin mövcud korporativ müştəriləri ilə əlaqələrinin gücləndirilməsi və yaxşılaşdırılması, şirkət məhsullarının potensial müştərilər arasında yayılması
• Müştərilər tərəfindən ərizə formalarının doldurulması, müştəri haqqında əlavə məlumatların toplanması və sığorta tarifinin və sığorta şərtlərinin müəyyənləşdirilməsi məqsədilə bu məlumatların anderraytinq şöbəsinə yönəldilməsi
• Sığorta müqavilələrinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə aydın izahatın verilməsi
• Müştərilər tərəfindən sığorta haqqlarının vaxtında ödənilməsinin yoxlanması və nəzarətdə saxlanılması, həmçinin birbaşa rəhbərin göstərişləri əsasında lazımi ödəniş məlumatlarının maliyyə şöbəsinə ötürülməsi
• Potensial müştərilərlə gündəlik görüşlərin, danışıqların və onların nəticələrinin, həmçinin göndərilmiş/təqdim edilmiş təkliflərin, sığorta şərtlərinin məlumat bazasında qeydə alınması və şöbə rəhbərinə bu barədə hesabatların verilməsi
• Korporativ müştərilərə ediləcək təklif təqdimatlarının hazırlanması

BİLİK VƏ TƏHSİL ÜZRƏ TƏLƏBLƏR

• Biznes və ya Marketinq sahəsində ali təhsil
• Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə mükəmməl bilik, Rus dili biliyi üstünlükdür
• MS Office proqramları üzrə bacarıqlar (Outlook, Word, Excel, Powerpoint və s.)

TƏCRÜBƏ TƏLƏBLƏRİ

• Sığorta sahəsində satışlar üzrə ən azı 1 illik iş təcrübəsi

BACARIQ TƏLƏBLƏRİ

• Təşəbbüskar
• Güclü kommunikasiya bacarıqları
• Zəhmətkeş
• Məsuliyyətli
• Dəqiq
• Fikirlərinin aydın və effektiv çatdırılması qabiliyyəti
• Güclü biznes yazı bacarıqları
• Çeviklik
• Problem həll etmə bacarıqları
• Komandada işləmə bacarığı
• Təklif edilmiş məhsulu satma qabiliyyəti

E-mail: [email protected]

Zaman Broker tərəfindən digər vakansiyalar