Mühasib

  • Zaman Broker
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisənin mühasibat uçotunun dəqiq aparılması;
  • Bank hesablarına nəzarət və ödənişlərin banka daxil edilməsi;
  • Debitor / Kreditor dövriyyəyə nəzarət;
  • Anbar uçotu;
  • Malın maya dəyərinin hesablanması;
  • Nəğd pul vəsaitinin uçotu;
  • Təhtəl hesab, avans, ezamiyyə hesabatlarının aparılması;
  • Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
  • Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi və gələn məktubların cavablandırılması;
  • Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
  • Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Tələblər:

  • Müvafiq sahədə ən azı 3-4 il iş təcrübəsi
  • Maliyyə / Mühasibat uçotu sahəsində ali təhsil;
  • Vergi Məcəlləsi üzrə dərin biliklər;
  • Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
  • ERP və digər İT platformalarda işləmə bacarığı;
  • İdarəetmə, analitik təhlil qabiliyyətləri;
  • İşi düzgün planlamaq bacarığı.

Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.