Hesabatlıq və protokol şöbəsinə mütəxəssis

İşin təsviri

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Komissiyanın iclaslarında müvafiq qərar əsasında katiblik funksiyasını həyata keçirmək;
• Satınalmalar barədə elanları hazırlamaq və onları yerləşdirilməsi üçün Bankın müvafiq struktur bölməsinə təqdim etmək;
• Tender və kotirovka iştirakçılarına sorğuları göndərmək;
• İlkin təqdim olunan sənədlərin düzgünlüyünü yoxlamaq;
• İddiaçı şirkətlərdən qiymət təkliflərini bağlı zərflərdə təhvil almaq;
• Tələbata uyğun olaraq satınalma metodunu təyin etmək;
• Satınalmalara dair sənədlər toplusunun saxlanılmasını təmin etmək;
• Departamentin fəaliyyət istiqamətlərindən irəli gələn hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
• Satınalma əməliyyatları üzrə uçot işini aparmaq;
• Satınalma əməliyyatlarına dair məlumat bazası əsasında təhlillər apararaq təqdimatlar hazırlamaq;
• Potensial tədarükçülər və iddiaçılar haqqında məlumatları təhlil etmək;
• Məlumatları toplamaq və istifadəyə yararli hala çevirmək.

Bizim üçün uyğun namizəd:

• Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
• Satınalma sahəsində 1-3 il iş təcrübəsinə sahib;
• MS office proqramlarını əla səviyyədə bilən;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• Problemləri həll etmə bacarığına malik;
• Layihələrin idarə olunması bacarığına sahib olan.