İR üzrə Mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 09.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

• İnsan resurslarının idarə edilməsi sahəsində 2-3 il iş təcrübəsi (250 – 300 nəfər işçi sayı);
• Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
• Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1 С 8.3 proqramında işləmə bacarığı
arzuolunandır)
• Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Problemləri həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
• Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
• Məzuniyyət cədvəllərinin təşkil olunması və izlənilməsi;
• İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət etmək;
• Aylıq tabelləri hazırlamaq;
• İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələrin təşkil edilməsi;
• İnsan Resursları strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
• Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək;
• Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Əmək şəraiti:

• İş yeri: Bakı şəhəri, Aga Business Center
• 6 günlük iş rejimi;
• Əmək haqqı: 800 azn Net

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “İR üzrə Mütəxəssis” qeyd etməklə CV-lərini [email protected] ünvanına yollaya bilərlər.