İşə qəbul və təlimlər üzrə mütəxəssis (Recruiter)

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 04.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Təşkilat üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
• Təşkilat tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçilərin cəlb etməsilə bağlı təkliflərin verilməsi;
• Təşkilat üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi, işə qəbul üzrə müsahibələrin aparılmasında iştirak;
• Müvafiq vakansiya yarandıqda Banka daxil olan CV-lərin seçilməsi, aidiyyatı departamentlərlə müsahibənin keçirilməsinin təşkil edilməsi;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək;
• Təşkilatın potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
• Təşkilata təcrübəcilərin cəlb edilməsi və müvafiq təlim-tədrisin kecirilməsi ;
• Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin həllinə kömək göstərmək;
• İşçilərin qiymətləndirmə sistemi KPİ üzrə qiymətləndirilməin keçirilməsi və nəzarət;
• İnsan Resurslarının idarəedilməsilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
• İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;

Tələblər :

- Yaş həddi - ( 25_ 35)
- Əmək qanunvericiliyini bilməli
- Rekruter (recruiter) kadrların işə cəlb etmə bacarığı
- Bu sahə üzrə təcrübəyə malik olma minimum 3- il
- Əmək bazarında peşəkar kadrların seçmə bacarığı
- Effektiv vakansiya elanlarının hazırlanması
- Peşəkar və qərəzsiz müsahibəni aparma bacarıgı
- Yeni vəzifənin yaranması və vəzifə təyinatının müəyyənləşdirilməsi
- Təlim aparma bacarığı
- İşə götürmə prosesində qanunvericiliyidə nəzərə və risklərin qarşısının alınması
- MC Office proqramları üzrə , (Word,Excell,PowerPoint,Outlook) işləmə bacarığı

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Recruiter" başlığı ilə azərbaycan dilində olmagla [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki , yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.