Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi)

  • eManat
  • Elanın qoyulma tarixi: 01.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

· Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
· Korporativ ticket sistemi (Jira) vasitəsi ilə qəbul olunan müraciətləri prioritetləşdirmək və prosedurlara əsasən araşdırmaq
· Monitorinq olunmuş sorğuların seçilərək prosedura əsasən işlənməsi.
· Şirkət daxili istifadəçi İT avadanlıqlarında çıxmış problemlərin aradan qaldırılması.
· İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi
· Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

Namizədə qoyulan tələblər:

· Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək).
· Kompüter avadanlıqlarına texniki dəstək üzrə - əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair - baza biliklərinə malik olmalı ( IT Texniki dəstək və ödəmə sistemlərində iş təcrübəsi olanlara üstünlük veriləcək).
· Biznes prosesslərin idarə edilməsi haqqında ilkin biliklər.
· Analitik və alqoritmik düşünmə qabiliyyəti.
· Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
· Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı.
· Fərdi və komanda ilə işləmək qabiliyyəti.
· Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.

İş şəraiti:

- Ofis daxili;
- Əmək haqqı 600-1000 AZN
- İş rejimi növbəli (09:00-18:00, 17:00-23:00) İstirahət günü həftə içi
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.

Digər şərtlər

İşə qəbul olunan namizəd, ödəniş vasitələri və sistemlərinin dəstəklənməsi üzrə korporativ təlimlər keçəcək, daxili prosedur və qaydalarla tanış ediləcəkdir.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi)” yazılmalıdır.

İşəgötürənin reytinqi