İnsan resursları üzrə aparıcı mütəxəssis

  • Novas Agro
  • Elanın qoyulma tarixi: 28.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə, istixana təcrübəsi arzuolunandır;
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- 1C proqram trəminatı ilə işləmək bacarığı;
- Elektron Hökumət Portalları ilə (E-gov; E-sosial; İSB) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel, Visio) proqramlarında sərbəst işləmək;
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı;

Vəzifələr:

- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işləmək, sosial sığorta kartlarının açmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
- Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
- Məzuniyyət cədvəllərinin təşkil olunması və izlənilməsi;
- İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət etmək;
- Aylıq tabelləri (finger-print) hazırlamaq;
- İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- İşə qəbul və adaptasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın adaptasiya olunması, sınaq müddətində izlənməsi;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması.

İş şəraiti:

- İş yeri Zirə qəsəbəsində yerləşir;
- 6 günlük iş qrafiki;
- İl ərzində 30 gün məzuniyyət;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 900-1200 AZN NET.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.