Operator

  • Novas Agro
  • Elanın qoyulma tarixi: 23.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələri:

  • İstixana daxilindəki sulama, iqlimləndirmə, gübrələmə, pestisid tətbiqi, işıqlandırma və s. kimi kompleks sistemlərin texniki cəhətdən düzgün işləməsini müşahidə edib pozuntuları aşkar etmək;
  • İstixana daxilindəki isitmə sistemləri, isitmə motorları, isitmə borularına nəzarət etmək və istiliyin düzgün yayılmasını təmin etmək;
  • Gübrə otağında yerləşən avadanlıqlara xüsusi ilə sulama maşınına, gübrə, turşu çənlərinə, pestisid tətbiqi motoru kimi istixananın həyati texniki qurğulara nəzarət etmək;
  • Qazanxana otağında təzyiqə, qazanın temperaturuna daimi nəzarət  etmək və pozuntu halında müdaxilə etmək;
  • Texniki zonadakı sulama, iqlimləndirmə sistemlərinin düzgün işləməsinə nəzarət

Namizədə tələblər:

  • Cinsi: Kişi
  • Yaş həddi: 25-40
  • Təhsil:Ali təhsil arzuolunandır
  • Operator kimi azı 1 il iş təcrübəsi
  • Azərbaycan və rus dilini səlis bilmək

İş qrafiki: 1 gün iş 2 gün istirahət.

Əmək haqqı:  600 AZN.

Nahar şirkət tərəfindən təmin olunur.

İşə gedib gəlməkçün servislə təmin olunur.

Müraciət üçün CV formasını mövzu yerinə “operator” qeyd etməklə müraciət et bölməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqdır.

https://chat.whatsapp.com/LtjKdTXKSUt4b2HZk3S0BT linkindən keçid edərək whatsapp qrupuna qoşula bilərsiniz və ya https://forms.gle/5GHyyXyXUqTcJnVJ9 onlayn olaraq forumu dolduraraq müraciət edə biləsiniz

Telefon: +994 50 295 55 98

Email: [email protected]