Korporativ sığorta şöbəsinin müştəri meneceri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 22.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni korporativ müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud korporativ müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud korporativ müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:

- İş təcrübəsi: Satış sahəsi üzrə 1 ilədək iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur.
- Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta, İngilis dili: orta
- Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
- Kompüter bilikləri: MS Office: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, münasibət yaratma.
- İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi