Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 09.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

1. İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
2. Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
3. Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
4. Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
5. Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
6. İnformasiya toplamaq və daxili audit üçün iş yerlərinə baxış keçirmək;
7. Daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
8. Daxili auditlərdə iştirak etmək;
9. Əmək məhsuldarlığının artırılması, iş yerlərində keyfiyyətə nail olunması;
10. Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
11. Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
12. Müştəri məmnuniyyətlərini öyrənmək;
13. Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
14. KN departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
15. SWOT analizin hazırlanması.

Namizədə olan tələblər:

• Mühəndislik ixtisası üzrə ali təhsil
• Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı.
• İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartları üzrə daxili və xarici auditlərin aparılması üçün sertifikatlar
• Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
• MS Office, AutoCad əla səviyyədə bilməli
• Yüksək səviyyədə texniki biliklərinin olması
• Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları
• İşgüzar ünsiyyət bacarığı
• Komandada işləmək bacarığı

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45
- Əmək haqqı: 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.