Cost Controller

  • Resant Group
  • Elanın qoyulma tarixi: 01.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
• Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
• Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
• Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
• Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
• Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
• Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
• Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
• Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
• Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Namizədə bağlı tələblər:

• Təhsil-Ali;
• Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
• Microsoft Office, 1C proqramlarını əla səviyyədə bilməli;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşdirmə

Maraqlanan namizədlər mövzu yerində “Cost Controller’’ yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi