Təchizat üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Malların qəbul olunması, saxlanması və təqdim olunması funksiyalarına nəzarət etmək
- Otel və onun iş fəaliyyəti üzrə bütün müvafiq ehtiyatların təsdiqlənməsi.
- İşlərin ardıcıl olaraq davam etməsi üçün ehtiyatların minimum və ya maksimum səviyyəsini müəyyən etmək.
- Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi.
- Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi.
- Sifarişlərin təşkili və idarə edilməsi.
- Satınalma strategiyasının hazırlanması, satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi.
- Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması.
- Bazarın təhlili, tələb olunan məhsulların daxili və xarici bazarda araşdırmasının aparılması.
- Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi.
- Müqavilələrin hazırlanması, müqavilə şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması.
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi.
- Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi.
- Anbarda saxlanılan bütün məhsulların yoxlanışını həyata keçirmək.
- Sifariş vermiş şöbəyə alışın gecikdirilməsi dövründə “minimumdan aşağı” məhsulların göndərilməsini tənzimləmək.
- Məhsulların saxlanması və təqdim edilməsi üçün F.I.F.O. tətbiq etmək.
- Bütün qida və içki məhsullarının istifadə müddətinin başa çatıb-çatmamağını yoxlamaq.
- Zəif istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq.
- Bu vəzifənin məqsədlərinə nail olmaq üçün hotelin tətbiq etdiyi siyasətə müvafiq olaraq bütün vəzifələri və öhdəlikləri müvəffəqiyyətlə və vaxtında həyata keçirmək.
- Bütün potensial real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırmaq.
- Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

- Ali təhsil;
- Rus və ya ingilis dili bilikləri arzu olunandır;
- Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
- İş yeri Gəncə şəhərində yerləşir;
- Qeyd olunan sahədə minimum 2 il iş tərcübəsi;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 İyun 2021-ci il