Təmizlik işləri üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Yerli və ya xarici qonaqlara vaxtında və nəzakətlə xidmət göstərilməsini və Otel qaydalarına riayət etməyi təmin etmək üçün Təsərrüfat şöbəsinin işçi heyətinə nəzarət etmək.
- Hər gün müntəzəm olaraq Qrup rəhbərlərinin vəzifələrini müəyyən edir və onlara xüsusi layihələr təqdim edir, inkişafa nəzarət edir.
- Otaqları, xüsusilə V.I.P., V.V.I.P. və Daimi Qonaqların, yoxlayır və bu qonaqları istədikləri zaman güllərlə təmin edir və onların digər istəklərini həyata keçirir.
- Cihazların, avadanlıqların və rahatlıq üçün əlverişli şəraitin təmiz olması və yaxşı təşkil olunması üçün Mərtəbələri və İctimai yerləri yoxlayır; xarici podratçıların müqavilələrinə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək üçün onlar tərəfindən icra olunan işlərə nəzarət edir;
- “Ramada Plaza by Wyndham Gence ” hotelinin standartlarına uyğun olaraq tədbirlər həyata keçirir.
- İş üçün müraciət edənləri yoxlamaqla və onlarla müsahibə keçirməklə yeni işçi heyətinin seçilməsində iştirak edir.
- Əməkdaşlar üçün təlimlər təşkil edir, təlim planı tərtib edir.
- Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar edir və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin edir.
- Bütün lazım olan avadanlıqları qabaqcadan müəyyən edir və quraşdırır, onların istifadəyə yararlı olmasını təmin edir.
- Qonaqların və digər şöbələrin rahatlıqlarını təmin etmək və onları məmnun etmək üçün onların şərh və təkliflərini alır. Təmizlik Şöbənin göstərdiyi xidmətləri təkmilləşdirmək üçün məsləhətlər verir.
- İşçi və qonaqlar üçün Gəlir və Xərclər, Əsas Nəzarət və Mühafizə, Təcili yardım və Sağlamlıq və Təhlükəsizlik proseduraları daxil olmaqla Təmizlik proseduralarını yoxlayır.
- Cədvəl tərtib etmək, yoxlamalar və qeydlər aparmaq, inkişaf etmək, digər müvafiq şöbələrlə əlaqə saxlamaqla ümumi təmizlik kimi müxtəlif təmizlik layihələrində iştirak etmək.
- Biznes işlərini həyata keçirmək üçün illik mühafizəçi qrupu, CAPEX – in və şöbənin büdcəsini hazırlamaq.
- İclaslar keçirmək, məruzələr hazırlamaq, gündəlik qeydiyyatlar aparmaq və s. kimi işlərlə bağlı bir neçə administrativ işləri yerinə yetirməlidir.

Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:

- TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
- Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
- Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.
- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
- Hər zaman müvafiq uniformanın geyilməsi və adlığın taxılması kimi öhdəlikləri yerinə yetirmək.
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
- Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
- Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
- Ölkənin qanunvericiliyinə riayət etmək.
- Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
- Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
- Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.

Namizədə tələblər:

- Ali təhsil (Hotelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
- Rus və ya ingilis dili bilikləri mütləqdir;
- Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları, Opera.
- Təmizlik şöbəsi üzrə rəhbər vəzifəsində minimum 3 illik iş təcrübəsi;
- Təmizlik şöbəsi üzrə xərclərin aylıq və illik hesbatının hazırlanması;
- Təmizlik şöbəsi üzrə təlimlərin hazırlanması və keçirilməsi;
- İş yeri Gəncə şəhərində yerləşir;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Könüllü Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 08 Fevral 2021-ci il