İnsan Resursları Departamentinin Mütəxəssisi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 30.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BAŞLICA FƏALIYYƏTLƏR

• Şirkətin işçi heyətinə aid sənədləşmə (həmçinin karguzarlıq) proseslərinin idarə edilməsi;
• Şirkət daxilində tələb olunan hesabatların hazırlanması;
• İşçi seçim prosesini təmin etmək (elanların verilməsi, CV-lərin sortlaşdırılması, müsahibələrin təyin edilməsi və keçirilməsi);
• Telefonla və üzbəüz müsahibənin aparılması;
• İş təklifinin hazırlanması;
• Yeni işçilərin məlumatlandırılmasını, adaptasiyanı təmin etmək;
• Yaranan problemləri etik yolla həll edilməsi;
• E-gov portalında əməliyyatların icra edilməsi;
• Şirkətin siyasət və prosedurlarına əsasən fəaliyyətinin göstərilməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqlarını vaxtında yerinə yetirilməsi.

TƏLƏBLƏR

• İnsan resursları və oxşar sahələr üzrə ali təhsil
• HR sahəsində ən azı 2 illik iş təcrübəsi
• Azərbaycan dilində səlis yazılı və danışıq bacarığı, əlavə olaraq ingilis dili biliyinə üstünlük verilir.
• Azərbaycan Respublikasınin Əmək Məcəlləsi biliyi
• Microsoft Office proqramları daxil olmaqla, əla səviyyədə kömpüter biliyi və bacarığı
• Detallara diqqət etmək bacarığı
• Effektiv kommunikasiya və vaxtı idarəetmə bacarığı
• İnnovativ proaktiv olmaq Komanda ilə iş bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 iyun 2021ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində İnsan Resursları Departamentinin Mütəxəssisi qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi