Ofis inzibatçısı (Gəncə)

  • Superfon
  • Elanın qoyulma tarixi: 24.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Ofis daxili inzibati işlərin təşkili;
• Gələn zənglərin qəbulu və yönləndirilməsi;
• Lazımi ofis ləvazimatlarının vaxtında alınması;
• İşgüzar yazışmaların aparılması;
• Qonaqların qarşılanması və yola salınması;
• Görüşlərin təşkili;
• Ofis əməkdaşlarının koordinasiyasını təşkil etmək;
• Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası.

Tələblər:

• Ali təhsil;
• MS Excel,MS Word və Outlook proqramlarından sərbəst istifadə edə bilmə bacarığ;
• Ünsiyyət qurma və izah etmə qabiliyyəti;
• Məsuliyyətli, və komandada işləmə qabiliyyəti;
• Detallara qarşı diqqətlilik, təşkilatçılıq.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Ofis inzibatçısı – Gəncə” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 25.06.2021

İşəgötürənin reytinqi