Partnyorlarla iş və təkrar satış şöbəsinin mütəxəssisi

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 30.06.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qafqaz Lizinq” ASC 30 Oktyabr 2007-ci ildə yaradılan bir lizinq şirkətidir. Şirkət iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.
Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikro-lizinq məhsulları təqdim edən lizinq şirkətidir.  
Hal-hazırda “Qafqaz Lizinq” ASC Partnyorlarla iş və təkrar satış şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Partnyorlarla, dövlət, özəl və beynəlxalq qurumlarla işguzar münasibətlərin qurulması;
• Məqsədli partnyorların seçilməsi və cəlb edilməsi;
• Mütəmadi olaraq partnyorlar vasitəsilə aparılmış əməliyyatların təhlil edilməsi;
• Partnyorlarla əməkdaşlığın dayandırılması və ya genişləndirilməsi üzrə təkliflərin hazırlanması;
• Geri götürülmüş lizinq predmetləri və girovların təhvil alınması;
• Təhvil alınmış əmlakların bazar qiymətlərinin müəyyən edilməsi;
• Əmlaklarda olan nöqsanların müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin verilməsi;
• Əmlakların reallaşdırılması üçün müştərilərin cəlb edilməsi və satışın həyata keçirilməsi;
• Tələb olunduqda lizinq predmetləri və girovların qiymətləndirilməsi;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi;
• Azərbaycan dillərində sərbəst danışmaq bacarığı. İngilis və Rus dillərini bilənlərə üstünlük veriləcək;
• Mükəmməl ünsiyyət, analiz etmək və təşkilati bacarıqlar;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (iş elanı - 007/12) qeyd etməklə göndərmələri xahiş olunur.
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B.  Faks: (99412) 563 23 27
“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.