Biznesin inkişafı şöbəsinin baş mütəxəssisi

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 30.06.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qafqaz Lizinq” ASC 30 Oktyabr 2007-ci ildə yaradılan bir lizinq şirkətidir. Şirkət iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.
Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikro-lizinq məhsulları təqdim edən lizinq şirkətidir.  
Hal-hazırda “Qafqaz Lizinq” ASC Biznesin inkişafı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifələr - Təşkilatın bazar mövqeyinin təhlil edilməsi, məhsulların yaradılması və inkişaf etdirilməsi, məhsullarının satışı üzrə partnyorların cəlb edilməsi və onlarla işlərin qurulması, ictimaiyyət və müştərilərlə əlaqələr və reklam işinin təşkil edilməsi və həyata keçirilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

• Yeni partnyor və investorların cəlb olunması;
• Müvafiq marketinq araşdırmalarının planlaşdırılması və icrası;
• Yeni məhsulların yaradılması ilə bağlı təkliflərin verilməsi;
• Marketinq layihələrinin təhlili və müvafiq hesabatların hazırlanması;
• CRM sisteminin yaradılması və inkişaf etdirilməsi;
• Şirkətin internet səhifəsini yeniləmək və təkmilləşdirmək. Sosial şəbəkələrdən aktiv istifadə etmək;
• Təşkilatın Mediadakı mövqeyi və onun inkişafı üçün tədbirlər görülməsi;
• Bilbordlar, plakatlar, broşuralar, eyni zamanda televiziya və radio reklamaları daxil olmaqla, reklam və marketinq materiallarının dizaynı, hazırlanması və yerləşdirilməsini təmin etmək;
• Korporativ tədbirlərin təşkili və sərgilərdə iştirak etmək:

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (idarəetmə, maliyyə, marketinq, biznes və s. iqtisadi sahələr üzrə);
• Müvafiq sahədə iki il iş təcrübəsi;
• İngilis və Azərbaycan dillərində sərbəst danışmaq bacarığı. Rus dilini bilənlərə üstünlük veriləcək;
• Mükəmməl ünsiyyət, analiz etmək və təşkilati bacarıqlar;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Statistik proqramlar da daxil olmaqla, marketinq məlumatlarının toplanması və analizi üçün sistem və mexanizmlərə dair bilgisi olanlara üstünlük verilir:

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (iş elanı - 008/12) qeyd etməklə göndərmələri xahiş olunur.
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B.  Faks: (99412) 563 23 27
“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.