Kiçik Kredit Analitiki

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 18.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
• Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
• Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
• Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
• Kredit portfelinin idarə edilməsi.
• Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
• Tələb olunan iş təcrübəsi: 0-1 il
• Xarici dillər: İngilis, Rus
• Kompüter bilikləri: Microsoft Office

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 19.06.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kiçik Kredit Analitiki” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi