Aşpaz

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini bilməli;
• Verilmiş sifarişlərin menyuda qeyd edilən müddət ərzində hazırlanaraq müştəriyə yüksək səviyyədə təqdim edilməsini təmin etmək;
• Tərtib olunmuş menyu üzrə yeməklərin hazırlanmasını yüksək səviyyədə bilmək, menyuya yeni əlavə edilmiş yeməklərin hazırlanması texnikasını qısa zamanda mənimsəmək;
• Azərbaycan və avropa mətbəxini bilməli və daim yenilikləri öyrənməli:
• Daim axtarışda olmalı və dünya mətbəxini öyrənməli:
• Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmalı;
• Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməli;
• Təyinata əsasən, işə aid olan vəzifələrin və xüsusi layihələrin yerinə yetirilməsi;
• İsti və soyuq yeməkləri, lazım gəldikdə xamır yeməklərini hazırlamağı bacarmalı;
• Hazırlanan yeməklərin müştəriyə təqdim edilməsi, göz oxşayan görünüşə gətirilməsi üçün dekor üzrə bacarıqlara sahib olmalı;
• Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli və əməl etməli;
• Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli və əməl etməli:
• Qida təhlükəsizliyi üzrə biliklərə sahib olmalı;
• Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etməli;

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

- Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları;
- Aşpazlıq sənəti üzrə ümumilikdə 5- il iş təcrübəsi;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı olmalı;
- Hotel sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmalı;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Aşpaz) göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Gabala Hotels Group tərəfindən digər vakansiyalar