Çörəkçi

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Hoteldə çörəklərin, kruasanların beynəlxalq standartlara uyğun olaraq bişirilməsi
• Keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli;
• İstifadə olunacaq ingridentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına riayət etməli
• Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırmalı;
• Sifarişlərin vaxtında və standartlara uyğun hazırlanmasını təmin etməli;
• Azərbaycan çörək istehsalı ənənələri, əsas un məmulatları və onların xüsusiyyətləri haqqında biliklərə sahib olmaq;
• Çörəkbişirmə prosesində bioloji və kimyəvi proseslər barədə anlayışlı olmaq;
• Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək;
• Mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
• Yeni məhsul çeşidləri ilə bağlı təkliflər vermək;
• Gün ərzində lazım olacaq bütün ərzaqları öncədən bildirməli;
• Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;

TƏLƏB OLUNAN BILIK, BACARIQ VƏ TƏCRÜBƏ:

- Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
- Şirniyyat-qənnadı sahəsində ümumilikdə 3-5 il;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
- Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Çörəkçi) göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Gabala Hotels Group tərəfindən digər vakansiyalar