Satış mütəxəssisi

  • Times Consulting
  • Elanın qoyulma tarixi: 08.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xocalı Prospekti 37, Dəmirçi Tower
İş təcrübəsi: minimum 1 il
Əmək haqqı: 750 - 4000
İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

- Aktiv reklam satışlarının həyata keçirilməsi;
- Mütəmadi olaraq bazar monitorinqinin həyata keçirilməsi və potensial müştərilərin tapılması;
- Potensial müştərilərlə əlaqənin yaradılması və məhsulların təqdim edilməsi;
- Potensial müştərilərlə canlı görüşlərin həyata keçirilməsi və məhsulların təqdim edilməsi;
- Müəyyən edilmiş limitlər çərçivəsində qiymət endirimlərinin təklif edilməsi;
- Potensial müştəri ilə bağlı gündəlik hesabatların rəhbərə təqdim edilməsi;
- Satış həyata keçirilmiş müştəri haqqında məlumatların aiddiyyatı şöbəyə ötürlməsi və işin icrası prosesinin izlənməsi;
- Müştərilər haqqında məlumatların məlumatlar bazasında işlənilməsi;

Namizədə tələblər:

• Satış, marketinq və ya oxşar sahədə ali təhsil;
• Satış sahəsində minimum 1 il iş təcrübəsi;
• Xidmət satışı sahəsində təcrübə üstünlükdür;
• Marketinq biliklərinin olması üstünlükdür
• Analitik düşünmə, danışıq aparma, təhlil etmə, təmsil etmə və təqdim etmə qabiliyyətləri;

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını [email protected] e-mail ünvanına 07.06.2021 il tarixinə qədər mövzu yerində “Satış mütəxəssisi” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

İşəgötürənin reytinqi

Times Consulting tərəfindən digər vakansiyalar