Əsas öhdəliklər:
• Şirkətin və şirkət müştərilərinin fəaliyyəti ilə bağlı korporativ və promo materialların dizayn işlərini təşkil edir;
• Komandayla birgə müxtəlif daşıyıcılar üçün reklam məhsulların dizayn layihələrini təklif edir və hazır reklam dizaynlarını təqdim edir;
• Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla əlaqə quraraq işlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir;
• Kreativ departamentin toplantılarını təşkil edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
• Təqdimetmə bacarığı;
Namizədlərə qarşı tələblər:
- Qrafik dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator və InDesign redaktorlarından peşəkar istifadə;
- 3D qrafik redaktorlardan orta/yüksək səviyyədə istifadə;
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti,
- İngilis dilini bilməsi üstünlük kimi qiymətləndirilir;
- Bədii zövq, dizayn və reklam sahələrində müasir trendlərdən xəbərdar olmaq;
- Geniş dünya görüşü və daim inkişafa həvəs;
- Komandanı düzgün yönləndirmə və sistematik işləməsini təmin etmək;
- Liderlik;
- Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
- MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.
Üstünlüklərimiz:
• 2000 manat əmək haqqı (təcrübəyə əsasən əmək haqqı dəyişə bilər);
• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.
Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını (Art Direktor: Adınız) qeyd edib CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərəsiniz.