Maliyyə və vergi hesabatları üzrə mütəxəssis

  • SR Group Co MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 05.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi;
• Elektron Hökumət Portalı ilə və o cümlədən əsas olaraq elektron vergi portalı, gömrük portalı və s. ilə işləmək bacarığına malik olmaq;
• Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta Haqqında Qanun, Mülki Məcəllənin və digər iqtisadiyyatı tənzimləyən normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq;
• Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı bilmək (ingilis dili biliyi əlavə üstünlükdür);
• Komandada işləmə bacarığı, gərginliyə davamlılıq, analitik düşüncə və təhlil bacarığı, detallara yüksək diqqət
Vəzifələr:
• Vergi bəyannamələrinin və statistik hesabatların tərtib edilməsi, təqdim edilməsi və əlaqədar dövlət qurumları qarşısında müdafiə edilməsi;
• Şirkətin adi fəaliyyəti zamanı vergi uçotu ilə maliyyə uçotu arasında yaranacaq müvəqqəti və daimi fərqləri uçotda əks etdirmək, təqib etmək və müqayisə etmək;
• Vergi uçotunun aparılması məqsədi ilə informasiyaların emal edilməsində müasir texnoloji vasitələrdən, o cümlədən exceldən və digər xüsusi proqram təminatlarından (1C proqram təminatının son versiyalarına üstünlük verilir) istifadə etmək.
• Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;

Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə,öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi