Marketinq üzrə mütəxəssis

  • Enginet
  • Elanın qoyulma tarixi: 04.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• İllik marketinq və PR planının hazırlanması prosesində iştirak;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklam və PR fəaliyyətinin təşkilində iştirak;
• Marketinq tədqiqatlarının aparılması (bazar/rəqib/potensial müştəri və ərazi);
• Satışa dəstək ola biləcək marketinq məlumatlarının hazırlanması;
• Qoyulmuş hədəflər və görülmüş işlər barədə mütamadi hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
• Prezentasiyaların təşkil edilməsi;
• Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının və tədbirlərinin koordinasiyası və həyata keçirilməsində iştirak, müvafiq şöbələr ilə işin aparılması;
• Daima yeni ideyalar təklif etmək;
• Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

• Ali təhsil (Marketinq sahəsində təhsil arzuolunandır);
• Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
• MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyi üstünlükdür.
• Komandada işləmə bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.
İş yeri: Bakı şəhəri

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Marketinq üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.

İşəgötürənin reytinqi