Qısa Müddətli Qayğı layihəsinə Sosial Pedaqoq

İşin təsviri

PROFİLİNİZ:

• Pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
• Əlaqədar sahə (müəllim, tərbiyəçi və s.) üzrə minimum 2 il iş təcrübəsi;
• Uşaq psixologiyası üzrə bilik;
• İlkin tibbi yardım bacarıqları;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Yüksək kommunikasiya bacarıqları;
• Stresə davamlılıq;
• Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
• Kompüter biliyi (MS Office);
• Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstəyi göstərmək;
• Uşaqların gündəlik qayğı ehtiyaclarını təmin etmək;
• Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək;
• Hər bir uşağın fərdi inkişaf planı əsasında onun hərtərəfli inkişaf etməsini təmin etmək;
• Hər bir uşağın rifahı, təhlükəsizliyi və qayğı ilə əhatə olunması üçün məsuliyyət daşımaq;
• Layihə çərçivəsində qayğı görən uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək;
• Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasını təmin etmək;
• Müxtəlif yaş qrup uşaqlarla iş qurmaq;
• Təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək.
• Layihə çərçivəsində göstərilən xidmətlər barədə tədbirlər planının hazırlanmasında iştirak etmək;

İŞ ŞƏRTLƏRİ:

• Ünvan: Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 27A, AZ1121 (Xətai Rayon Polis idarəsinin, 257 saylı məktəbin və Həzi Aslanov metrosu yaxınlığı)
• 300-360 AZN (vergilər daxil) əmək haqqı;
• Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla);
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 12 may 2021-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/QMQL_Sosial Pedaqoq” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!