Horeca üzrə Bölgə müdiri

İşin təsviri

Badamlı komandasına qoşulmaqla Siz əldə edəcəksiniz:

- Davamlı karyera inkişafı
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Adekvat əmək haqqı və satışa görə bonuslar
- Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi
- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
- AR qanunvericiliyinə uyğun sənədləşmə

Vəzifə öhdəlikləri:

- Otel, restoran, kafelərə, eyni zamanda digər korporativ müştərilərə aktiv satışın təşkil edilməsi
- Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
- Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət
- Mövcud müştərilərə əlaqələrin qorunub saxlaması, mütəmadi ziyarət olunması və sifarişlərin qəbulu, yeni məhsulların onlara təqdimatı və satışı
- Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimatlandırmaların aparılması
- Yeni müştərilərin cəlb edilməsi; mütəmadi olaraq potensial müştəriləri axtarılması, müəyyənləşdirilməsi, onlarla işgüzar əlaqələrin qurulması, məhsulların təqdimatı və satışının həyata keçirilməsi
- Mövcud bazarın vəziyyətinin təhlil edilməsi, yeni satış həmlələri ilə çıxış etmə və onların rentabeliiyinin proqnozlaşdırılması və hesablanması
- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi

Tələblər:

- Ali təhsil, müvafiq sahə üzrə sertifikatları olanlara üstünlük veriləcək
- Müvafiq sahədə ən azı 3 il iş təcrübə
- MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı
- İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı
- Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir
- Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma
- Yaş həddi: 25-45
- Sürücülük vəsiqəsi (B kategoriya), şəxsi minik avtomobili ilə işləmək imkanı

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Bölgə müdiri” qeyd edərək öz CV-lərini [email protected] email ünvanına göndərmək xahiş olunur.

İşəgötürənin reytinqi