Satış üzrə Qrup Rəhbəri

  • PMD Group
  • Elanın qoyulma tarixi: 26.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qrup ilə əlaqədar
• Əməkdaşların inkişafı üçün tədbir təlimlərin və daimi təcrübə artımı proqramlarının təşkili;
• Layihə Satış Qrupunun işini təşkil etmək və nəzarət etmək;
• Qrupun işçiləri tərəfindən vəzifələrinin vaxtında və düzgün icra etmələrinə, nizam-intizam və daxili qaydalara riayət olunmasına nəzarət etmək;
• Qrupda uyğunsuzluqları müəyyən etmək və düzəldilməsini təmin etmək;
• Qrupun işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar vermək;
• Layihə Satış Qrupunun işinin təkmilləşməsi və satış həcminin artması ilə əlaqəli mütəmadi rəhbərinə təkliflər vermək;
• Gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabatların verilməsi;

İşi ilə əlaqədar
• Cavabdeh olduğu layihə haqqında ətraflı və dərin məlumata sahib olmaq;
• Özünün, tabeçiliyində olan əməkdaşların qarşısına qoyulan hədəfləri, o cümlədən dövri satış planlarını qəbul etmək, həyata keçirmək və nəzarət etmək;
• Satış Məsləhətçiləri tərəfindən aparılan işlərə nəzarət etmək;
• Müştərini mülayim, xoş tərzdə və inamlı şəkildə qarşılamaq və qəbul etmək;
• Müştərini tanıdıcı materiallarla (kataloq, broşur, buklet, video) ətraflı şəkildə məlumatlandırmaq və obyektin faydalı cəhətlərini aydın, dəqiq və müştəridə əlavə maraq doğuran tərzdə təşviq etmək;
• Müştərilərin ehtiyaclarını müəyyən etmək və ehtiyacına cavab verən ən uyğun satış obyektlərini təklif etmək;
• Müştərinin istəyinə əsasən ziyarətə hazır olan satış obyektləri ilə müştərini canlı tanış etmək;
• Müştəriyə tam dolğun məlumat vermək və yalan məlumat verməmək;
• Satış obyektlərini müştəriyə tərifləmək və qəti şəkildə pisləməmək;
• Satış texnikalarından istifadə edərək müştəriləri cəlb etmək, məhsulun keyfiyyətli və uyğun olmasına pozitiv istiqamətdə inandırmaq və qəti şəkildə müştərilərin itirilməsinə yol verməmək və bu üzrə çalışmalar aparmaq;
• Satış obyektləri üzrə məlumatların yenilənməsi, koordinasiyası və bu barədə satış məsləhətçilərinin məlumatlandırılması.
• Satış prosesində digər şöbələrə aid işlərdə lazım gələrsə yardımçı olmaq və prosesi sürətləndirmək;
• Müştəri məmnuniyyətinə daima önəm vermək və işində rəhbər tutmaq;
• Müştərilərin narazılıqlarını operativ şəkildə araşdırmaq və müzakirələrin müvafiq yerlərində potensial həll yolları təklif etmək;
• Mümkün olduğu təqdirdə müştərilərin narazılıqlarını hər bir tərəfi qane edəcək şəkildə həll etmək;
• Sualları satışı təşviq edən, xidmət standartları çərçivəsində və müştərinin etimadını doğruldan tərzdə cavablandırmaq;
• Razılaşdırılmış obyektin ümumi dəyərini dəqiq şəkildə hesablamaq və müştəriyə bildirmək;
• Satış şöbəsinin prosedur, qaydalarına və qanunvericiliyin tələblərinə uyğun olaraq satışı tamamlamaq;
• Uyğun olmayan (problemi olan) satış obyekti müşahidə etdikdə dərhal rəhbərini məlumatlandırmaq;
• Satış zamanı satıcılarla alıcılar arasında hər hansı qaydalardan kənar anlaşmaların aparılmamasına riayət etmək, belə bir təhlükənin yaranmasını hiss etdikdə, bunun qarşısını almaq üçün birbaşa rəhbərini məlumatlandırmaq;
• Qəbul edilən və məlumat verilən bütün müştərilərin qeydiyyatını aparmaq və satış proseduruna əsasən təqib etmək;
• Gündəlik satış hesabatını hazırlamaq, rəhbərinə və müvafiq əməkdaşa təqdim etmək;
Satış həcminin artması ilə əlaqəli mütəmadi rəhbərinə təkliflər vermək;
• Rəhbərliyin Layihə Satış Qrupu ilə əlaqəli qərarları ilə tanış olmaq;
• Qrupun işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və ya mükafatlandırılması barədə rəhbərinə təkliflər vermək;
• Vəzifələrini icra edərkən lazım olan məlumatları (Satış obeyktləri ilə əlaqədar tanıdıcı materiallarla (kataloq, broşur, buklet, video) tələb etmək;
• Şirkət rəhbərliyinin razılığı ilə Layihə Satış Qrup Rəhbəri səlahiyyətlərinə, vəzifə və funksiyalarına aid olan məsələlərlə bağlı çıxan sənədləri imzalamaq;

Bacarıqlar

- İşi düzgün təşkil etmə bacarğı və metodik yanaşma
- Öz təşəbbüslərindən istifadə etmək bacarığı
- İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması
- Güclü ünsiyyət bacarıqları
- Həvəs
- İşin peşəkar şəkildə təşkili və təqdim olunması

Bilik və tərcübə:

• Ən azı 5 il müvafiq iş tərcübəsi
• İngilis, rus və Azərbaycan dillərini yüksək səviyyədə bilmək ( şifahi və yazılı)
• Müvafiq işə uyğun Bakalvr dərəcəsi
• Satışın idarə edilməsi bacarığı;
• Satış bacarığı;
• Satış texnikaları;
• Marketinq bilgiləri;
• Bədən dili psixologiyası;
• "MS Office" proqramlarında işləmək bacarığı;
• Qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq;
• Sifarişçiyə xidmət prinsipləri və qaydaları üzrə biliyə malik olmaq

Çətinliklər

- Sınaq müddəti dövründə müəyyənləşdiriləcək

E-mail: [email protected]

İşəgötürənin reytinqi