Biznes analitik

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 21.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Biznes proseslər üzrə texniki sənədlərin (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
- Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
- Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
- Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.

Tələblər:

- İnformasiya texnologiyaları, riyaziyyat və ya digər müvafiq sahələrin bakalavr dərəcəsi;
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi arzuolunandır;
- Microsoft Office, bank və digər xüsusi proqramların istismarı;
- Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
- Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Siz elektron poçtun “mövzu” yerinə “Biznes analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

İşəgötürənin reytinqi