Aparıcı Mühasib

  • ADORE kompani
  • Elanın qoyulma tarixi: 15.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər

• Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi olması arzuolunandır)
• Anoloji sahədə ən azı 5 il iş təcrübəsi
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• Vergi qanunvericiliyini üzrə mükəmməl biliklərə sahib olmalı

Şəxsi keyfiyyətlər

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Vəzifə öhdəlikləri:

• Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması
• Vergi, Statistika, DSMF və Məşğulluq üzrə hesabatların hazırlanması və göndərilməsi
• Qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
• Şirkət üçün nəzərdə tutulmuş xırda xərclərin pul və aylıq hesabat formasında işlənməsi
• Bütün hesabatların hazırlanması və vergi orqanlarına təqdim edilməsi. Əlavə dəyər vergisi (ƏDV) hesabatlarının hazırlanması və yoxlanılması. Gömrük bəyannamələrinin hazırlanması.
• Bütün bank əməliyyatları. Hesabların ödənilməsi və analizi. Debitor və kreditorların yoxlanılması
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi

İş şərtləri

• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) gözlənilən əmək haqqını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Aparıcı Mühasib” qeyd etmələri xahiş olunur.

İşəgötürənin reytinqi