Hava və qaz boruları üzrə qaynaqçı

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 15.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Hava və qaz boruları ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının quruluşlarını və iş mexanizmlərini səlis şəkildə bilməli
- Sürət, gərginlik və amper tənzimləmək, qaynaq zamanı problemləri müəyyənləşdirmə bacarığı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini bilmək və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçmək
- Qaynaq sonrası şovu təmizləmək və qüsurlar zamanı təmir işini aparmaq
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli

Tələblər:

- Beşinci dərəcəli, VD qaynaqçı;
- Müvafiq sahədə təhsil arzuolunandır;
- Müvafiq sahə üzrə istehsalatda, sənayedə 1 ildən artıq təcrübəsi;
- Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Dürüstlük, komandada işləmə bacarığı.

İş şəraiti:

- Təcrübə: 2-5 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- İş yeri: Xırdalan, Atyalı

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Hava və qaz boruları üzrə qaynaqçı" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.