Biznes proseslərinin təhlili şöbəsində Biznes Analitik

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 15.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Layihə sifarişlərinin toplanması və baxılması;
- Layihələrin idarə edilməsinə dəstək olmaq;
- Layihələrin gerçəkləşməsinə mane olan problemlərin həllində iştirrak etmək;
- Layihənin şərtləri və ya büdcəsi təsdiq olunmuşdan artıq dəyişdiyi halda, layihə sənədləşmənin düzəldilməsi və hazırlanması;
- Təsdiq olunmuş layihə sənədləşmənin layihələrinin icrasının uyğunluğunun monitorinqi və cari nəzarətini həyata keçirmək;
- Sistemlərindəki dəyişikliklərə dair tələblərin təhlil edilməsi;
- Mövcud və yeni məhsullar arasında qarşılıqlı asılılığın yoxlanılması;
- Layihələr üzrə hesabatların tərtibi;
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
- Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
- Mövcud prosseslərin səmərəliliyi və mümküm olan optimizasiyasının auditinə dəstək;
- Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması;
- Layihələrin effektiv realizasiyasını, əlaqələndirməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq;
- Layihələrin gerçəkləşməsi çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi;
- Layihələrin gerçəkləşməsi çərçivəsində bölmələrin qarşılıqlı əlaqəsi üzrə metodoloji və reqlametli sənədlərin və layihələrin tətbiqi metodologiyasının aktual vəziyyətdə dəstəkləməsi və işlənməsi;
- Layihələrin metodologiyasının, prosedurların, idarəetmə reqlamentinin işlənməsi və riayətinə nəzarət;
- Layihələrin birləşdirilmiş idarəetmənin təmin edilməsi;
- Bankın proqram təminatlarının dəstəyi ;
- Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək;
- Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım olunması;
- Layihələrin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfi / təchizatçıları əlaqələndirmək;
- Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə çərçivəsində icrasını təmin etmək;
- Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
- Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək;
- Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq;
- Risklərin idarə edilməsi (riskləri planlaşdırma, qiymətləndirmə, nəzarət və azaltma);
- Layihə iclasları üçün məsuliyyət daşımaq (təqdimatların və status məlumatlarının hazırlanması, iclas gündəliyinin tərtib edilməsi məlumatların paylanması, sənədlərin vaxtında yenilənməsi, qeydlərin göndərilməsi).

Tələblər:

- İnformasiya texnologiyaları, riyaziyyat və ya digər müvafiq sahələrin bakalavr dərəcəsi;
- Microsoft office, bank və digər xüsusi proqramların istismarı;
- Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
- Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi