İşin təsviri
Öhdəliklər:
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
- Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatının aparılması
- Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması
- Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması
- İşgüzar görüşlərin təşkili və aparılması
- Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsi
Tələblər:
- Xanım namizədlərə üstünlük veriləcək
- Yaş: 20-40
- Təhsil: Ali
- İş təcrübəsi: 1-3 il
- İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il).
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı.
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
- Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır.
Əmək şəraiti:
- Əmək haqqı: 1200-1700 AZN, namizədin bilik və bacarıqlarına əsasən dəyərləndiriləcək
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Rəqabətli əmək haqqı və bonus sistemi;
- Peşəkar təlimlərdə iştirak.
- Şəhərin mərkəzində ofis şəraiti: Passage 1901, Nigar Rəfibəyli küç.12
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “BDM” başlığını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.