Biznes inkişafı üzrə menecer

  • DO IT MMC
  • Elanın qoyulma tarixi: 06.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
  • Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatının aparılması
  • Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması
  • Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması
  • İşgüzar görüşlərin təşkili və aparılması
  • Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsi

Tələblər:

  • Yaş: 20-30
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1-3 il
  • İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il).
  • Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür; 
  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
  • Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı.
  • Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
  • Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir) 
  • Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır.

Əmək şəraiti:

  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
  • Karyera inkişafı imkanları;
  • Rəqabətli əmək haqqı və bonus sistemi;
  • Peşəkar təlimlərdə iştirak.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “BDM” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməklə göndərmələri xahiş olunur.