İnformasiya sistemlərin tətbiq olunması üzrə mütəxəssis

  • DO IT MMC
  • Elanın qoyulma tarixi: 04.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili;
  • Elektron sənəd dövriyyəsi, intranet sistemlərin tətbiq olunması;
  • Layihə planı və texniki tapşırığa uyğun olaraq sistemlərin sazlanılması;
  • Sifarişçinin texniki işçi heyəti və sistemin istifadəçiləri üçün təlim keçirilməsi; 
  • Layihə texniki sənədlərinin hazırlanması; 
  • Tətbiq olunan sistemlərə texniki və konsultasiya dəstəyi.

Tələblər:

  • Yaş: 20-30 
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1-3 il
  • Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür; 
  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
  • Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır;
  • Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
  • Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
  • Ali təhsil, texniki sahədə arzuolunandır; 
  • Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
  • Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
  • Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
  • İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi.

Əmək şəraiti:

  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar təlimlərdə iştirak.

Əmək haqqı: 800-1200 AZN.