Kadrlar üzrə mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 14.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

- İnsan resurslarının idarə edilməsi (İRİE) üzrə sənədləşmə və kadr uçot işlərini aparmaq;
- Şəxsi işlərin hazırlanması, dövrü olaraq yoxlanılması, yenilənməsi, dəyişilliklərin əlavə edilməsi, qorunması, elektron formatda saxlanılması və uçotunun aparılmasını təmin etmək;
- Əmək kitabçalarının yazılması və qorunmasını təmin etmək;
- Tabe struktur bölmələrdə insan resurslarının idarə olunması üzrə sənədləşmə işlərinə nəzarət etmək və birbaşa rəhbərə nöqsanlar barədə mütəmadi olaraq hesabat hazırlayıb təqdim etmək;
- Əməkdaşların məzuniyyət və ezamiyyətlərinə dair məlumatların mütəmadi olaraq sistemə daxil edilməsini həyata keçirmək, müvafiq sənədləşdirmə işlərini aparmaq;
- Əməkdaşların müqavilələrinin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək, əmək müqaviləsi bildirişlərini Elektron Hökümət Portalında qeydiyyatdan keçirmək;

Vakansiya ilə bağlı tələblər:

- Ali təhsil
- 3 illik analoji iş təcrübəsi
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Azərbaycan dilində səlis danışmaq,yazmaq,;
- MS Office proqramları üzrə biliklər ;
- 1C proqramı üzrə biliklər

İş Şərtləri:

- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!