Kadrlar üzrə müfəttiş

İşin təsviri

Tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək
- Ali və ya orta ixtisas təhsilli
- Bu sahədə 1 il iş təcrübəsi
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında işləmək
- Problemləri həll etmə bacarığı

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
- Əmək kitabçalarında qeydlər aparmaq
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Kadrlara olan tələbatın təmin edilməsində iştirak etmək
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək
- İşçi sayı: 150-170

İş rejimi: 6 gün
Həftədə 40 saat
Əmək haqqı: 450-600 AZN

Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu yerinə “Kadrlar üzrə müfəttiş” qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Yalnız Şirvan şəhəri üzrə namizədlərdən müraciət etmələri xahiş olunur.