Böyük mühasib (əməkhaqqı üzrə )

İşin təsviri

Təsvir:

  • İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsi;
  • Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
  • Əməkhaqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
  • 1C 8.3 ERP proqram təminatında əməkhaqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
  • Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • 1C 8.3 ERP proqramında işləmək bacarığı;
  • Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
  • MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
  • Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
  • Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır;
  • PMS, ACCA, CİMA sertifikatlarının olması arzu olunandır.