İşə qəbul mütəxəssis

İşin təsviri

İş barədə məlumat

• Kadrların seçilməsi, yerləşdirilməsi və uyğunlaşdırılması qaydalarına uyğun olaraq seçim müraciətlərini emal edir;
• Xarici və ya daxili seçim üçün layihə yaradır;
• Əmək bazarını, onlayn platformaları tədqiq edir və seçilmiş platformalarda iş elanlarını yerləşdirir;
• Daxil olan CV-lərin ilkin yoxlamasını və müsahibələrin təşkilini həyata keçirir;
• Daxili və kənar resurslardan işə qəbul proseslərini təşkil edir;
• İşə qəbul planının yerinə yetirilməsini təmin edir;
• Panel müsahibələrini təşkil edir;
• İşə qəbul çərçivəsində universitetlər və digər təşkilatlarla mümkün əməkdaşlıq barədə qarşılıqlı əlaqə qurur;
• Seçilmiş namizədlərə iş təkliflərin hazırlanması və işə qəbul üçün tələb olunan sənədlərin toplanmasını təmin edir;
• Yeni qəbul edilmiş əməkdaşlar üçün adaptasiya prosesinin təşkili və aparılmasını təmin edir;
• CV bazasının yaradılmasını təmin edir və yeniləyir;
• İşə qəbul hesabatlarını hazırlayır;
• İşdən çıxış müsahibələrini aparır.

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil;
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan – əla, İngilis dili - əla, Rus dili - əla.
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
• Peşə bilikləri və bacarıqları:
- Əsas işə qəbul göstəricilərini anlama bacarığı
- Personalın uyğunlaşma metodlarına dair biliklər
- ARƏM və işçilərin qeydiyyata alınmasını tənzimləyən normativ sənədlər haqqında biliklər
- Peşəkar məsuliyyət
- Özünü inkişaf bacarığı
- Peşəkar ünsiyyət bacarığı

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 13.05.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İşə qəbul mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi