Müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyətin qiymətləndirilməsi üzrə mütəxəssis

  • SR Group Co MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 06.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini səlis, ingilis dilini orta səviyyədə bilməli;
• 2 il pərakəndə satış sahəsində iş təcrübəsi olmalı (keyfiyyət üzrə təcrübənin olması böyük üstünlükdür);
• MS Office (Outlook, MS Excel) - istifadəçi səviyyəsi;
• Müştəri xidmətlərində və müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyət standartları;
• Analiz, problemlərin həlli və qərarvermə;
• Müştəriyə fokuslanma;
• Keyfiyyətə fokuslanma;
• Dəqiqlik və təfsilatlara yönümlülük;
• İnkişafa yönümlülük.

Vəzifələr:

• Müvafiq meyarlar əsasında satış və xidmət nöqtələrində keyfiyyətinin dəyərləndirilməsi;
• Dəyərləndirilmiş müraciətlərin müvafiq şəxslərə təqdim edilməsi;
• Hər bir əməkdaş və qrup səviyyəsində xidmət keyfiyyətinin dəyərləndirilməsi;
• Xidmət və satış keyfiyyət meyarlarının yenilənməsi, önəm dəyərinin dəyişdirilməsi, daimi olaraq günün tələblərinə cavab verməsinə nəzarət;
• Kritik və qeyri-kritik səhvlərin təyin olunması;
• Dəyərləndirmə formunun yenilənməsi;
• Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi