PROFİLİNİZ:
• 32-45 yaş arası yaş həddi;
• Orta ixtisas təhsili. Pedaqoji, psixoloji və sosial sahələr üzrə ali təhsilli namizədlərə üstünlük verilir;
• Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi. Dayə, müəllimə, tərbiyəçi və tibb bacısı kimi vəzifələr üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir:
• SOS Uşaq Kəndində uzun müddət (10-12 il) yaşamağa hazır olmaq (ən azından himayəsində olan uşaqlar müstəqil həyat proqramına keçənə qədər);
• Professional təlim prosesi və davamlı inkişaf yolu ilə lazımi bilik və bacarıqlar əldə etməyə hazır olmaq;
• Yüksək kommunikasiya bacarıqları;
• Stressin və konfliktin idarə edilməsi qabiliyyəti;
• Sosial və təşkilati bacarıqlar;
• Komandada işləmək istəyi və bacarığı;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Ölkədəki təhsil və sosial iş/sistem haqqında məlumatlılıq;
• Peşəyönümlü əlavə bacarıqlar (müvaqfiq təlim və seminarlarda iştirak);
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
• Uşaq və yeniyetmənin potensial və ehtiyaclarını müəyyən edərək, tam inkişafını təmin etmək;
• Uşaq və yeniyetmənin fiziki və mənəvi rifahını təmin etmək;
• Uşaq və yeniyetmənin Fərdi İnkişaf Planlarının hazırlanması;
• Uşaq və yeniyetmənin təhsilinə dəstək;
• Uşaq və yeniyetmənin asudə vaxtının təşkili;
• Praktik həyati səriştələrin inkişaf etdirilməsi;
• Ailə büdcəsi və resurslarından səmərəli və məsuliyyətli istifadə etmək;
• Himayəsində olan uşaq və yeniyetmələrin bioloji ailələri ilə əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək.
UŞAQ MÜDAFİƏSİ ÜZRƏ:
• Uşaq Müdafiə Siyasətinə riayət etmək
• Uşaq Kəndi Proqramı layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək
İŞ ŞƏRTLƏRİ:
• Ərazi – Bakı şəhəri, Sadıqcan küçəsi 27a, (Həzi Aslanov m yaxınlığı);
• 550.00 AZN (vergilər daxil) əmək haqqı;
• Həftədə 1 gün istirahət;
• 42 gün əmək məzuniyyəti;
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 10 Aprel 2021-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/Tərbiyəçi Ana” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə nömrəsi: 055 227 47 25
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!