Aşbaz (Chef de partie)

  • Dreamland Baku
  • Elanın qoyulma tarixi: 18.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Yaş həddi 25 – 35 yaş;
- Komandada işləmək bacarığı;
- Dil bilgisinə ehtiyac yoxdur;
- Yerli və dünya mətbəxi sahəsində 3-5 il iş təcrübəsi.

İş haqqında məlumat:

- Yerli və beynəlxalq mətbəxdə isti və soyuq bölümlərdə təcrübəyə malik olmalı;
- Hotel mətbəxi və operasyonu haqqında məlumatı olmalı;
- Hər gün stabil olaraq mətbəxlərin kontrolu;
- Yeməklərin hazırlanması zamanı Baş Aşbaz ile paralel çalışmalı;
- Menyuların hazırlanmasında təcrübəyə malik olmalı;
- HACCP gigiyena standartlarına işçilərin itaət etməsini nazarətdə saxlamalı;
- Restorana veriləcək yeməklərin bölüşdürülməsinə nəzarət etməli;
- Klassik və müxtəlif növ xəmirlərin hazırlanmasında təcrübəyə malik olmalı;
 -Müxtəlif çörəklərin (Brioche, Hamburger ve s.) hazırlanmasında təcrübəyə malik olmalı;
- İşçilərin həftəlik iş qrafikini hazırlamalı və izləməli;
- Ehtiyac zamanı anbarda lazım olacaq qədər ərzaqların stoklanması təmin etməli.

İş rejimi və qaydası:

- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Aşbaz (Chef de partie)” qeyd olunmalıdır) göndərə bilərlər.

Dreamland Baku tərəfindən digər vakansiyalar