Təmizlikçi

  • Dreamland Baku
  • Elanın qoyulma tarixi: 05.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

Yaş həddi 25 – 35 yaş (xanımlar və bəylər);
Komandada işləmək bacarığı;
Dil bilgisinə ehtiyac yoxdur;
Təmizlik sahəsində 2 il iş təcrübəsi.

İş haqqında məlumat:

Hər gün stabil olaraq dəhlizlərin, tualetlərin, ofislərin, restoranların və digər ümumi sahələrin təmizlik işlerinin görülməsi;
Hoteldə və ofislərdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq və s.
Hoteldən bir qonaq ayrıldıqdan sonra qonağın ayrıldığı otağın digər qonaq üçün təmiz bir şəkildə hazırlanması;
Təmizləmə üçün istifadə olunan alət və avadanlıqların istifadədən sonra düzgün şəkildə yığılması və təmizlik qaydalarına uyğun hərəkət edilməsi;
Lazım olacaq təmizlik materiallarını öncədən üst rəhbərdən təmin etmək;
Temizlik üçün nezerde tutulan kimyevi maddələrdən düzgün istifadə edilməlidir.

İş rejimi və qaydası:

Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Təmizlikçi” qeyd olunmalıdır) göndərə bilərlər.