İdman müəlliməsi

  • Dreamland Baku
  • Elanın qoyulma tarixi: 13.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İdman müəlliməsi

Tələblər:

- Yaş həddi: 30 – 40 yaşlı xanımlar;
- Komandada işləmək bacarığı;
- İngilis və Rus dil bilgisi;
- Bir Fitness Təlimçisi kimi azı 5 il iş təcrübəsi.
- Erkən və ya gec növbələrdə və həftə sonları işləmək.
- İlk Yardım təcrübəsi.
- Mükəmməl ünsiyyət bacarığı.
- İnsanları öyrətmək və motivasiya etmək bacarığı.

İş haqqında məlumat:

- Müxtəlif məşqlər və hər bir müştərinin ehtiyaclarına uyğun şəxsi idman və pəhriz planları hazırlamaq.
- Müştərilərə qidalanma, kilo nəzarəti və həyat tərzi problemləri haqqında məlumat və ya mənbələr təqdim etmək.
- İdman, istirahət fəaliyyəti və idman vasitələrinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarını müştərilərə izah etmək.
- İdman salonunun təmizliyini, sağlamlığını və güvənlik təhlükəsi olmadığını təmin etmək.
- Məşqlər və ya dərslər zamanı fərqli fitness və bacarıq səviyyələri üçün alternativ məşqlər planı hazırlamaq.
- Müştərilərin düzgün üsullardan istifadə etdiklərinə əmin olmaq və məşqləri izləmək.
- İdman zalında yerləşən avadanlıqların daima işlək vəziyyətdə olmasına nəzarət etmək.

İş rejimi və qaydası:

- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Geyim, gigiyena və pandemi qaydalarına tam riayət etmək;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İdman müəlliməsi” qeyd olunmalıdır) göndərə bilərlər.

Dreamland Baku tərəfindən digər vakansiyalar