İdman Masajçısı

İşin təsviri

Namizədə tələblər:

  • İdman masajı üzrə rəsmi təhsil və ya sertifikat;
  • Peşəkar idmançılarla təcrübə minumum 3 il (məşq, yarış, reabilitasiya dövrlərində işləmə bacarığı) ;
  • Qadın namizədlərə üstünlük verilir;
  • İş qrafikinə uyğun olaraq ölkə daxili və xarici yarışlarda iştirak etməyə hazır olmaq;

Əsas vəzifə öhdəlikləri:

  • Peşəkar idmançılara masaj xidməti göstərmək;
  • Yarış və məşqlər öncəsi və sonrası bədən bərpasını təmin etmək;
  • Əzələ gərginliyi, yorğunluq və zədələnmələrin qarşısını almağa kömək etmək;
  • Fizioterapiya və reabilitasiya üzrə müvafiq komanda ilə əməkdaşlıq;
  • Lazımi gigiyenik və texniki standartlara riayət etmək;

İş şərtləri:

  • İş vaxtı: 09:00 - 18:00
  • İş günü: Part time və ya Full time

Maraqlanan şəxslər öz CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.