Maliyyə üzrə aparıcı mütəxəssis

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil: Ali (Maliyyə və mühasibatlıq sahəsində olanlara üstünlük verilir);
  • İş təcrübəsi: 3 il;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili arzuolunandır;
  • Kompyuter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla);
  • ACCA (F7, F3) mütləqdir;
  • Analitik düşünmə bacarığı;
  • Düzgünlük və Dəqiqlik.

Əsas vəzifə öhdəlikləri:

  • Daxili nəzarəti gücləndirmək üçün biznes prosesləri və uçot siyasətini təkmilləşdirmək və sənədləşdirmək;
  • Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
  • Bank sənədlərinin (ödənişlərinin) işlənməsi və uçotu;
  • Ay sonu və ilin sonuna uçotun bağlanma prosesinə dəstək;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
  • İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Vergi və əmək məcəlləsini, Azərbaycan Respublikası qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək.

İş şərtləri:

  • İş vaxtı: 09:00 - 18:00
  • İş günü: 5/2
  • Əmək haqqı: 2000 AZN

Maraqlanan şəxslər öz CV formalarını Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən digər vakansiyalar