Satınalma üzrə mütəxəssis

İşin təsviri

Namizədə tələblər:

  • Ali Təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis dili arzuolunandır;
  • Kompyuter bilikləri: MS Office/Excel (əla);
  • Düzgünlük və Dəqiqlik..

Əsas vəzifə öhdəlikləri:

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); 
  • Satınalma pressesinin əlverişli şərtlərlə həyata keçirilməsi; 
  • Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və hesabatların hazırlanması;
  • Satınalma, logistika, idxal proseslərində iştirak etmək;
  • Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;
  • Müxtəlif mal və xidmətlərə ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi;
  • Satınalma müqavilələrinin hazırlanması və şərtlərinin razılaşdırılması;
  • Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;
  • Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi.

Maraqlanan şəxslər öz CV formalarını Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən digər vakansiyalar