İşin təsviri
Namizədə tələblər:
- Marketinq üzrə bakalavr və magistr təhsili;
- Müvafiq vəzifə üzrə 3 il;
- Azərbaycan, Rus-dili, İngilis dili (əla);
- MS Office proqramlarında işləmək bacarığı;
- Komandada işləmə, həmçinin sərbəst qərarvermə bacarığı;
- Araşdırma, Analiz və təşkilati bacarıqlar.
Əsas vəzifə öhdəlikləri:
- Xidmətlərimizin kommunikasiya ilə bağlı şirkətlər istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Qurumun və Xidmət performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması;
- Federasiyasının reklam və kommunikasiya fəaliyyətlərinin monitorinqini həyata keçirmək;
- Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə birbaşa rəhbərliyi məlumatlandırmaq.
İş şərtləri:
- İş vaxtı: 09:00 - 18:00
- İş günü: 5/2
- Əmək haqqı: 2000 AZN
Maraqlanan şəxslər öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.